Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

«Körpəyə ölkə başçısının adı verilmişdir»


​ Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Sayı: 243 (20.401) 27 dekabr 2011


AZƏRBAYCAN PREZİDENTİNİN 50 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ AKSİYA BAŞA ÇATMIŞDIR

Bu aksiya zamanı doğulan körpəyə ölkə başçısının adı verilmişdir

Xəbər verdiyimiz kimi, Respublika Kliniki Xəstəxanasının 21 nəfərdən ibarət yüksək ixtisaslı həkim heyəti dekabrın 23-25-də Ordubad rayonunda Azərbaycan Respublikası Prezidentinin 50 illik yubileyinə həsr olunmuş aksiya keçirilmişdir.

...Rayonun Dəstə kəndindən gəlmiş 12 günlük gecikmiş doğuş vəziyyətində olan Könül Cəbrayılova ginekoloqların şəfqəti ilə əhatə edilmiş, nəticədə normal doğuşa nail olunmuşdur. Azərbaycan Prezidentinin 50 illik yubileyində doğulan körpəyə valideynlərinin arzusu ilə ölkə başçısının adı qoyulmuşdur.

Aksiya çərçivəsində keçirilən müayinə, müalicə və cərrahiyyə əməliyyatlarında yerli həkimlərin də iştirakı onların təcrübə və biliklərinin artırılmasında mühüm rol oynamışdır.

TƏNDİRİMİZ İSTİ, ÇÖRƏYİMİZ BOL OLSUN

Min illər boyu nəsildən-nəsilə keçən çörəkbişirməni ölkəmizdə el sənəti adlandırırlar. Gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayırıq. Bəzən kimisə inandırmaq üçün «çörək haqqı» deyə bu müqəddəs nemətə and içirik, Tanrıdan çörəklə imtahana çəkilməməyi diləyir, ən hörmətli qonağı duz-çörəklə qarşılayırıq. Bəzən haqsızlıqla üzləşənlərin «Səni görüm çörək tutsun» deyə qarğış etməsi bu müqəddəs nemətin hər şeyə qadir olduğuna bir işarədir.

..... Bu gün muxtar respublikamızda onlarla çörək sexi fəaliyyət göstərir. Bu təndirdə çörəkbişirməni bir qədər azaldıb. Ancaq yüz illərdir istifadə etdiyimiz təndirlərimiz müqəddəslik rəmzi olaraq qalmaqdadır. Burada bişirilən çörəyin dadı heç bir çörəyin dadı ilə əvəz edilə bilməz.


DİGƏR MƏQALƏ BAŞLIQLARI


- Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı.

- Cari ilin ilk 11 ayı üzrə Muxtar Respublikanın sosial – iqtisadi inkişafı.

- Naxçıvan Muxtar Respublikası dövlət miqrasiya xidməti 2011-ci ili uğurla başa vurur.

- Məktəb binası yenidən qurulur.

- «Gəmiqaya kərpic kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətində keyfiyyətli məhsullar istehsal edilir.

- Şahbuz rayonundakı hərbi hissənin tabor mərkəzində əsgərlərlə görüş keçirilib.

- Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur.

- Terapevt həkimlərin test imtahanı yekunlaşıb.

- Yeni bina tikilir.

- Bayram yarmarkası təşkil edilib.

- Təhsilə qayğı gələcəyə qayğıdır.

- Yol düzgün seçiləndə...

- Hüquqi maarifləndirmə günün tələbidir.

- Şahmat üzrə şəhər birinciliyi.

Şərhləri göstər

XS
SM
MD
LG