Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:56

“Ədəbiyyat söhbətləri” bir kitabda toplandı


Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Məqamlar” adlı kitabın təqdimat mərasimi olub.

“Mütərcim” nəşriyyatında çıxan kitabda Kamal Abdulla, Salam Sarvan və Etİmad Başkeçidin Kamal Abdulla yaradıcılığı ətrafında apardığı ədəbi söhbətləri toplanıb.

Ancaq kitab təkcə Kamal Abdulla yaradıcılığından, Azərbaycan ədəbiyyatından deyil, dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemlərindən də bəhs edir.

“Məqamlar” kitabının yaradıcıları onu belə təqdim ediblər:“Kamal Abdullanın yaradıcılığı ətrafında ədəbiyyat söhbəti”.

Ötən ilin son günlərində işıq üzü görən kitab elə o ərəfədə öldürülən yazıçı Rafiq Tağının xatirəsinə həsr edilib.

Təqdimat mərasiminə toplaşanlar “Məqamlar”ın bir sıra məziyyətlərindən söz açıblar.

Nəşrin müasir və yaşı yüzillərlə ölçülən Azərbaycan ədəbiyyatının son dərəcə rəngarəng və təzadlar üzərində qurulmuş mənzərəsinə nəzər saldığını vurğulayıblar.

Ədəbiyyatın əsas cizgilərinin tarixilik və milli mentalitetin xüsusiyyətləri baxımından qiymətləndirildiyinə diqqət çəkiblər.

Çıxış edənlər kitabın məqsədinin oxucu və cəmiyyəti narahat edən məsələlərin kökünə daha dərindən nüfuz etmək, daha geniş, əhatəli bir mənzərənin təsvirini vermək olduğunu və aparılan söhbətlərin sonda gözlənilməz məqamların açılmasına xidmət etdiyini bidiriblər.

Kamal Abdullanın ilk kitabı olan “Yarımçıq əlyazma” romanı Fransada, Braziliyada , Rusiyada, “Sehrbazlar dərəsi” isə ötən il Rusiyada nəşr edilib.

Onun “Kim dedi ki, Simurq quşu var imiş” pyesi Estoniyanın “Uqalo” teatrında səhnələşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG