Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:43

Bakıda «Eurovision muzeyi» yaradılır


Bakıda «Eurovision» mahnı müsabiqəsi ərəfəsində «Eurovision muzeyi»nin açılışı nəzərdə tutulub.

Məlumatı «Eurovision 2012» müsabiqəsinin rəsmi saytı yayıb.

Muzey Bakı Biznes Mərkəzində «Eurovision» mərkəzi nəzdində yaradılacaq.

Muzeydə müsabiqənin 57 illik tarixinə, eləcə də Azərbaycanın «Eurovision» Mahnı Müsabiqəsində iştirakını əhatə edən eksponatlar toplanacaq.

Muzeyin fevralın 15-dək açılışı nəzərdə tutulur.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən «Eurovision» müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də «Eurovision 2012»nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci «Eurovision» mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan «Baku Crystal Hall»da baş tutacaq. /Trend/
XS
SM
MD
LG