Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Bahar Muradova: «Azərbaycan dövləti Türkiyənin yanındadır»


Bahar Muradova
Bahar Muradova
«Azərbaycan dövləti Türkiyənin yanındadır. Buna heç kimin şübhəsi olmasın». Bunu vitse spiker Bahar Muradova Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə birgə yaz sessiyasının başlanması öncəsi keçirdiyi mətbuat konfransında deyib:
«Azərbaycan birmənalı olaraq Türkiyənin yanındadır. Bu məsələni araşdıran və fərqli nəticəyə gələnlərə deyirik ki, səmərəli işlə məşğul olsunlar. Biz bütün məsələlərdə Türkiyəyə qarşı yönəlmiş addımları özümüzə yönəlmiş addımlar hesab edirik. Bu istiqaməttə mübarizəni davam etdirəcəyik».

Fransanı öz addımından geri çəkilməyə çağıran Bahar Muradova Türkiyə mətbuatında gedən bəzi xəbərlərə də münasibət bildirib:
«Mən çox təəssüf edirəm ki, Azərbaycanın bu istiqamətdə atdığı addımların Türkiyə mətbuatında əks olunmasın hansısa maneələrlə rastlaşır. Bu fakt olaraq qalır və bizi də narazı salır. Amma bu faktın mövcudluğu Azərbaycan Türtkiyə münasibətlərinin yüksək səviyyədə olmasına xələl gətirə bilməyəcək. Bu birliyi istəməyən qüvvələrin fəaliyyəti səmərə varməyəcək».
Bahar Muradova Fransanı bu addımından çəkilməyə çağırıb.
XS
SM
MD
LG