Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

«Siyasi partiyalar haqqında» qanuna düzəlişlər parlamentin yaz sessiyasına hazır olacaq


Milli Məclis

Milli Məclis

«Siyasi partiyalar haqqında» qanun layihəsi üzərində iş tamamlanmaq üzrədir.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Hələ ki, Milli Məclisin ekspertləri layihə üzərində işləməyiblər. Bununla belə, S.Mirzəyev bildirib ki, «Siyasi partiyalar haqqında» qanuna düzəlişlərin müzakirəsi Milli Məclisin yaz sessiyasında başlanacaq.

«Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub. Prezident Administrasiyasında bu qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanır.

Siyasi şərhçi Azər Rəşidoğlu isə hesab edir ki, əgər hakimiyyət nəzərdə tutubsa yəqin ki, «Siyasi partiyalar haqqında» qanun qəbul ediləcək. Amma mövcud layihədə siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsi, xüsusilə də partiyaların parlamentdə təmsilçiliyə görə maliyyələşməsi sistemi ciddi narazılıq doğurmaqdadır:
«Yəni bu gün ictimai rəydə heç kimi inandırmaq mümkün olmayacaq ki, parlamentdə 3 nəfərlə təmsil olunan hər hansı partiya AXCP, Müsavat kimi partiyalardan daha güclüdür və ictimai rəyə daha çox təsir edə bilirlər. Bu baxımdan YAP-dan ibarət olan parlamentdə əlbəttə ki, «Siyasi partiyalar haqqında» qanun da hakim partiyanın maraqlarına cavab verən bir qanun layihəsi olacaq».
Azər Rəşidoğlu düşünür ki, Venesiya Komissiyasının da bu məsələ ilə bağlı narazılığı var idi. Əgər bu narazılıqların nəzərə alınmaması ciddi problemlər yaradacaq.
«Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub və bu qanuna əlavə və dəyişikliklər layihəsi Prezident Administrasiyasında hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG