Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

Məşhur yazıçılar jurnalistlərin müdafiəsinə qalxdılar


Orxan Pamuk
Orxan Pamuk
Dünyanın müxtəlif ölkələrindən olan 170-cən yazıçı, o cümlədən Nobel mükafatlı türk yazarı Orhan Pamuk Meksikada jurnalist qətllərinə son qoymağa çağırıblar.

2000-ci ildən bəri Meksikada 70-cən jurnalist öldürülüb. Meksika dünyada jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli yerlərdən biri sayılır.

“PEN International” təşkilatının təşəbbüsü ilə hazırlanan müraciət Meksikanın “El Universal” qəzetində dərc edilib.

Müraciətə imza atanlar Meksika hökumətini jurnalist qətllərini araşdırmağa, cəzasızlıq mühitinə son qoymağa, eləcə də qətl və hədələrin azad söz üçün təhlükəyə çevrilməsinə, jurnalistlərdə daxili senzura yaranmasına imkan verməməyə səsləyiblər.

Müraciəti Nobel mükafatlı başqa yazarlar - JM Coetzee, Nadine Gordimer, Toni Morrison, Wole Soyinka, Mario Vargas Llosa və Derek Walcott da imzalayıblar.

Meksika narkomafiyanın ən güclü olduğu dünya ölkələrindəndir. Jurnalistlərin qətlləri arxasında da daha çox onların dayandığı, mediada mafiya ilə bağlı araşdırmaların çap edilməsinin qarşısını bu yolla almağa çalışdıqları bildirilir.
XS
SM
MD
LG