Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:03

Panetta İrana xəbərdarlıq etdi


Analitiklərin söylədiklərinə görə, İran 1 il ərzində nüvə silahı istehsal etmək iqtidarındadır.

Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta bazar günü yayımlanan “60 Dəqiqə” televiziya proqramında deyib.

Panetta onu da bildirib ki, İrana bu cür nüvə silahını potensial hədəfə çatdırmaq üçün lazım gələcək avadanlığın istehsalına görə daha 2-3 il lazım gələcək.

Panetta onu da deyib ki, İranın nüvə silahı əldə etməsi ABŞ və onun yaxın müttəfiqi olan İsrail üçün “qırmızı xətt”dən o tərəfə keçmək deməkdir:

“Əgər biz İranın nüvə silahı hazırlaması barədə kəşfiyyat məlumatı əldə etsək, onda biz onları dayandırmaq üçün lazım olan bütün tədbirləri görəcəyik”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası artıq İranda fəaliyyətə başlayıb. Təftişlər yanvarın 31-ə qədər davam edəcək.
XS
SM
MD
LG