Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:33

Magistral qaz kəmərində partlayış olub


Yanvarın 30-da Qazıməmməd-Qazax qaz kəmərində partlayış baş verib. Yanğın başlayıb.

Bu barədə Azadlıq Radiosuna Göyçay rayon Yanğından Mühafizə Hissəsinin dispetçeri Tahir Əzimov məlumat verib.

Partlayış kəmərin 118-ci kilometrliyində, Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb:

«Yanğının alovları 25-30 metrə yaxındır. Kəmərdəki partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir. Əraziyə 3 yanğınsöndürən maşın göndərilib. Yanğın ətrafa ziyan vurmayıb».

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə AzadlıqRadiosuna bildirib ki, qaz kəmərində sızma baş verib, partlayış yox:

«Bu, sızma hadisəsidir, partlayış deyil. Minlik qaz kəməridir və orda təzyiq çox yüksəkdir. Qarayazı kəndinin qaz təminatında heç bir problem yoxdur. Ehtiyat xətdən əhaliyə qaz verilir. Hazırda ərazidə iş aparılır. Saat 18:00 radələrinə qədər aradan qaldırılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG