Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

Almaniya İranı səbrli olmağa çağırıb


Almaniya İranı onun nüvə proqramı ətrafında yaranmış gərginlik və Tehranın Avropa Biurliyi ölkələrinə təcili neft embarqosu qoymaq istəməsində səbrli olmağa çağırıb.

Almaniya xarici işlər nazirliyinin rəhbəri Gido Vestervelle bildirib ki, Avropa Birliyi İranın artıq pulu ödənilmiş nefti kəsməklə özünü küncə sıxmasına yol verməyəcək.

İran parlamenti məsələylə bağlı bazar gününə nəzərdə tutulmuş səsverməni təxirə salıb.

Avropa Birliyi ötən həftə iyulun 1-dən İrandan neft idxalına embarqo qoymaq və İran
Mərkəzi Bankının Avropadakı aktivlərini dondurmaq qərarına gəlib.

Həmçinin Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları daha da kəskinləşdirib.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran İttihamı rədd edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri şənbə günü Tehrana yollanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG