Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18
AzərTAc xəbər verir ki, yanvarın 29-da bir qrup azərbaycanlı və türk gənclər Fransanın Riqadakı səfirliyinin önünə dəfn əklili qoyub.
Əklilin yanında fransızca üzərində “Fransa Senatı və Sarkozi Fransa demokratiyasını dəfn etdi” sözləri yazılmış lövhə qoyulub. Əklil Fransa Senatının bu yaxınlarda qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanuna etiraz əlaməti olaraq qoyulub.
Etiraz tədbirinin təşkilatçıları belə hesab edirlər ki, bu qanun həm də söz və fikir azadlığına qarşı yönəlmiş addımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG