Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:30

İndoneziyada qasırğa nəticəsində azı 14 adam ölüb


İndoneziyada tropik qasırğadan ölənlərin sayı 14-ə çatıb, 60 adam isə yaralanıb.

Yava adasındakı 35 rayon və yaşayış qəsəbəsində 2 300-dən çox evə xəsarət dəyib, külək ağacları kökündən qoparıb.

“İqqi” qasırğası Hind okeanından,Bali və Nusa-Tenqqara adalarının cənub sahillərindən start götürüb.

Hazırda səngiyən qasırğa İndoneziyadan uzaqlaşmaqdadır.
XS
SM
MD
LG