Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Dəməşq ərəb ölkələrini ittiham edir


Dəməşq Ərəb Dövlətləri Liqası ölkələrinin Suriyadakı müşahidəçilər missiyasının fəaliyyətini dayandırmasını ittiham edib.

Suriyanın hökumət nümayəndəsi televiziya ilə çıxışında bildirib ki, bu addım ölkəyə xaricdən hərbi müdaxilə məsələsində BMT-nin təhlükəsizlik şurasına təzyiq olacaq.

Ötən ilin dekabrından Suriyada iş aparan müşahidəçilər qrupu şənbə günü ölkədə zorakılıqların daha da artmasına etiraz olaraq fəaliyyətini dayandırıb.

Hazırda BMT-nin təhlükəsizlik şurasında Suriyaya qarşı yeni qətnamə layihəsinin müzakirəsi gedir.

Bir sıra ərəb ölkələrinin təqdim etdiyi sənəddə prezident Bashar Assadın istefası və ölkədə bütün qüvvələrin iştirakıyla milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

Ötən il, martın ortalarından bu yana Suriyada prezidentin istefası tələbilə kütləvi etirazlar keçirilir, BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG