Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15

Sovet dövrünün «Kommunist» qəzetindən seçmələr


«Kommunist» qəzetinin 1950-ci ildə çıxan say

«Kommunist» qəzetinin 1950-ci ildə çıxan say

AzadlıqRadiosu Sovet dövründə çap olunmuş qəzetlərdən seçmələri davam etdirir. Bu dəfəki materiallar «Kommunist» qəzetinin 1950-ci ildə çıxan saylarındandır:
S. VURĞUNUN «VAQİF» PYESİ RAYON TEATRLARINDA TOY MƏCLİSİNDƏN BAŞLAYIR
«Kommunist» 24 may 1950-ci il
Naxçıvan Dövlət Dram Teatrının bu il bölgələrə qastrola çıxması rayon əhalisini çox sevindirdi. Sentyabr ayında Ordubadda divarlara vurulan afişalarda şair Səməd Vurğunun «Vaqif» dramasının oynanılması göstərilirdi. Təyin olunmuş gün teatra gələnlər saatlarla salonda oturub tamaşanın başlanmasını gözləməyə məcbur olublar. Nəhayət gecə saat 10-dan sonra pərdə qalxarkən əsərin ikinci şəkildən başlanması tamaşaçılar arasında narazıçılığa səbəb oldu.
Teatr müdiriyyəti tərəfindən səhnə qarşısına çıxıb izahat verən Əyyub Haqverdiyev:
- Biz «Vaqif» pyesini rayon teatrlarında toy məclisindən başlayırıq! - deyib, pərdənin dalına keçdi. Tamaşaçılara hörmətsizlik bununla qurtarmadı. Əsərdə çıxış edən artistlər də, öz rollarını başdansovma oynadılar.
Sovet pambıqçısı

Sovet pambıqçısı

Rayon tamaşaçılarına olan bu münasibət hörmətsizlikdən başqa bir şey deyildir. Naxçıvan MSSR Nazirlər Soveti yanındakı İncəsənət işləri idarəsi qastrola çıxan artistlərin belə hərəkətlərinə qarşı tədbir görməlidir.
9717 ALMAN HƏRBİ ƏSİRİ AĞIR CİNAYƏTLƏR TÖRƏTDİKLƏRİ ÜÇÜN CƏZAYA MƏHKUM EDİLİB
«Kommunist» 3 oktyabr 1950-ci il
ABŞ, Böyük Britaniya və Fransa Sovet hökumətinə notalar göndərərək iddia edirlər ki, guya Sovet İttifaqında çoxlu miqdarda alman hərbi əsiri qalmaqdadır. Sentyabrın 30-da Sovet höküməti cavab notaları göndərərək bildirimişdir ki, bu iddialar tamamilə əsassız və həqiqətə uyğun deyil. Sovet İttifaqındakı alman hərbi əsirlərinin öz vətənlərinə qaytarılması işi 1950-ci illlərin əvvəllərində başa çatmışdır. Əsirlərin yalnız 9717 nəfəri ağır cinayətlər törətdikləri üçün cəzaya məhkum edilmişlər və 3815 nəfərinin hərbi cinayətlər haqqında işləri yoxlanılmaqdadır. Yalnız 14 nəfəri xəstə olduğuna görə saxlanılıb.
Ona gərə də Sovet hökuməti bu cür müraciətləri alman hərbi əsirləri məsələsindən təbliğat cəhdi kimi qiymətləndirməyə bilməz...
KİM ÇOX PAMBIQ YIĞIR
«Kommunist» 15 oktyabr 1950-ci il
Mövsüm ərzində 8-10 min kiloqram pambıq yığanlar hərəkatına qoşulan və yığımda yaxşı nailiyyət qazanan qabaqcıl pambıqçıların siyhahısını bu gündən etibarən qəzetimizdə dərc edirik.
GİLAS VERDİYEVA. Yevlax rayonunun «28 aprel» kolxozundan (8 min kq).

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG