Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

İsa Qəmbər Türkiyədə səfərdədir (Yenilənib)


İsa Qəmbər
İsa Qəmbər
Yanvarın 29-da Ankarada Müsavat başqanı İsa Qəmbər Böyük Birlik Partiyasının qurultayında çıxış edib. Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə çıxışı zamanı diqqəti Fransa parlamenrinin qərarıından sonra Türkiyənin düşdüyü duruma yönəldən Müsavat başqanı deyib ki, bu məsələdə Azərbaycan xalqı türk xalqının yanındadır.

Azərbaycan dövləti də Türkiyə dövlətinin yanında olmalıdır. İsa Qəmbər tezliklə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq şurasının bu məsələ ilə bağlı içlasınin keçirilməsinin, orada birgə qərarlar verilməsinin və onların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

***
Onun həmçinin Türkiyənin siyasi partiya liderləri, ictimai təşkilatlar və media ilə bir sıra görüşlər nəzərdə tutulub..
XS
SM
MD
LG