Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

«Korrupsiya dövlətə xəyanət hesab edilsin»


«Ədalətli Rusiya» Partiyasının lideri Sergey Mironov
«Ədalətli Rusiya» Partiyasının lideri Sergey Mironov
Rusiya prezidentliyinə namizəd, «Ədalətli Rusiya» Partiyasının lideri Sergey Mironov təklif edir ki, korrupsiya dövlətə xəyanat hesab edilsin.
Rüşvətə görə cəzanın daha da artırılmasını istəyən Mironov həm də təklif edir ki, təkcə korrupsionerin deyil, onun ailə üzvlərinin də əmlakı müsadirə edilsin.
Mironovun seçkiqabağı proqramı ötən cümə günü internetdə yayılıb.
Proqramda qeyd edilir ki, korrupsionerin və onun ailə üzvlərinin dövlət orqanlarında, orduda və polisdə işləməsinə də qadağa qoyulsun.
Bundan başqa prezidentliyə namizəd hesab edir ki, təhsil, səhiyyə, sosial xidmətlər, elm, mədəniyyət və idman sahəsində çalışan dövlət qulluqçularının maaş və pensiya təminatı vahid səviyyəyə qaldırılmalıdır.
Mironov pensiya kodeksinə yenidən baxılmasını da başlıca məsələlərdən sayır.
Hesab edir ki, ölkədə vahid pensiya təminatı sisteminə keçilməlidir. Bu zaman əmək stajı, orta aylıq əməkhaqqı və xüsusi xidmətlər əsas götürülməlidir.
Namizədin təklifinə görə, pensiya əməkhaqqının 60 faizini təşkil etməli, heç bir halda pensiya yaşı da qaldırılmamalıdır.
Rusiya prezident seçkiləri 2012-ci il martın 4-ə təyin edilib.
XS
SM
MD
LG