Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:45

Suriyanın Hama şəhərində daha 17 cəsəd aşkar edilib


Suriyanın Hama şəhərində daha 17 adamın cəsədi aşkar edilib.

Yerli fəallar onların təhlükəsizlik qüvvələrinin şəhərdə keçirdiyi reydlər zamanı həbs edildiklərini və sonradan öldürüldüklərini deyirlər.

Bədənləri və başlarında güllə yarası olan cəsədlər şəhərin küçələrinə atılıb.

Onlardan bəzilərinin əl-qolları bağlı imiş.

Müxalifətdə olan Suriya Azadlıq Ordusunun komandanlığı isə Homs şəhərində 7 İran vətəndaşının həbs edildiyini, onlardan 5-nin İran İslam Qvardiyasının üzvləri, 2-nin isə mülki sakinlər olduğunu xəbər verir.

İran agentliyi cümə axşamı Suriyada 11 iranlı zəvvarın saxlandığını xəbər vermişdi.
Suriya müxalifəti İranı prezident Bashar Assad rejimini dəstəkləməkdə itiham edir.
XS
SM
MD
LG