Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:29

Suriyada vəziyyət gərginləşir, 2 gündə 120 adam öldürülüb


Son 2 gün ərzində Suriyada 120-ə yaxın adam öldürülüb.

Bu barədə yerli hüquq müdafiəciləri xəbər verilər.

Ərəb Dövlətləri Liqasının Suriyadakı müşahidəçilər qrupu son həftə ərzində ölkədə nümayişçilərə qarşı repressiyaların kəskinləşdiyini deyirlər.

Xüsusilə də Homs və Hama şəhərlərində.

Cümə günü BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı yeni qətnamə layihəsi müzakirə olunub.

Fransanın elçisi Jerar Aro (Gerard Araud) deyib ki, qətnamə layihəsinin müəllifləri danışıqlara hazırdırlar, amma burda siyasi həllə bağlı elə bir alternativ yol yoxdur.

Bu planda prezident Bashar Assadın istefa verməsi və ölkədə milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

Amma Suriya rejimi planı rədd edir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG