Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Qahirədə islamçılarla dünyəvilik tərəfdarları toqquşub


Cümə günü Misirin paytaxtı Qahirədə islamçı “Müsəlman qardaşları” hərəkatının tərəfdarlarıyla dünyəvi dövlət tərəfdarları arasında toqquşma baş verib.

Toqquşma şəhərdə keçirilən etiraz aksiyası zamanı baş verib.

Bir neçə gündür ki, Qahirənin mərkəzində keçmiş prezident Hosni Mubarakın devrilməsinin 1 illiyi münasibətilə nümayişlər keçirilir.

Analitiklər indiki narazılığın dini yox, daha çox siyasi motivli olduğunu deyirlər.

Solçular və dünyəvilik tərəfdarları ölkədəki hakim hərbi şuranın təcili istefaya getməsini tələb edirlər.

Müsəlman qardaşları hərəkatı isə hesab edir ki, hərbi rəhbərlik hakimiyyətin mərhələ-mərhələ mülki hökumətə verilməsilə bağlı öz planı üzrə hərəkət etməlidir.
XS
SM
MD
LG