Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:09

Qaddafinin tərəfdarlarına işgəncələr verilir


Keçmiş Liviya dikdatoru Qaddafinin həbsdə olan tərəfdarlarına işgəncələr verilir.

BBC-nin müxbiri Misrata şəhərindəki həbsxanaya baş çəkərkən məhbuslar ona daima məftillə döyüldüklərini, onlara elektrik şoku verildiyini deyiblər.

Amma şəhərin hərbi şurası bunu təkzib edib.

Həmçinin Sərhədsiz Həkimlər təşkilatı bu günlərdə Misrata həbsxanalarında işgəncələrin artmasına görə fəaliyyətini dayandırıb.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay Liviyadakı keçid hökumətini həbsxanalarda vəziyyəti nəzarətə götürməyə çağırıb.
XS
SM
MD
LG