Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

Əhməd Davudoğlu: Ya Türkiyə Minsk Qrupunda olmalı, ya da Fransa ordan çıxmalıdır


Əhməd Davudoğlu

Əhməd Davudoğlu

Türkiyə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını istəyir. Rəsmi Ankaranın fikrincə, Paris «erməni soyqırımı»nı tanımayanları cəzalandıran qanunu qəbul etməklə obyektivliyini itirib.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu «CNN Türk» telekanalına müsahibəsində deyib.

«Sarkozy Cənubi Qafqaza səfəri zamanı Ermənistanda iki gün olduğu halda, Azərbaycanda bir neçə saat qalıb. Bu, onun qeyri-obyektivliyinin göstəricisidir», - Ə.Davudoğlu qeyd edib.

Nazir, həmçinin əlavə edib ki, Fransa ATƏT-in Minsk Qrupunda öz missiyasını davam etdirəcəksə, Türkiyə də bu qurumun üzvü olmalıdır. /Trend/

Yanvarın 23-də Fransa Senatı «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Ermənistan Birinci Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinin 1.5 milyon ermənini öldürdüyünü iddia edir. Türkiyə isə soyqırımı iddialarını rədd edir. Ankara bəyan edir ki, 1915-1916-cı illərdə hər iki tərəf böyük itki verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG