Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Şaxtalı və qarlı hava şəraiti davam edəcək



«Yanvarın 27-dən 28-nə keçən gecə respublika ərazisində 6 yol nəqliyyat hadisəsi qeydə alınıb. 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb».

Bu haqda Respublika Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O, enişli-yoxuşlu yollara qum səpildiyini, Yol Polisinin gücləndirilmiş rejimdə işlədiyini deyib.

Ölkə ərazisində bütün yollar buz bağlayıb. Yol Polisi sürücülərdən xahiş edir ki, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.

***

Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir. Küləyin surəti 11 m /s çatır.

Sinoptiklər deyir ki, axşama doğru külək güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək.

Hazırda paytaxt yolları qarla örtülüb. Yollar buz bağlayıb. Şəhərin yuxarı məhəllələrində maşınlar yollarda qalıb.


Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək.

Bunu «Trend»ə Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Bakıda havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 29-da arabir qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu mənfi 18-23 dərəcə olacaq. Yollar buz bağlayacaq.

Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək.
Yanvarın 31-də də havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək.

Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG