Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48
Yanvarın 25-də ABŞ-dakı Christie hərracında ötən il dünyasını dəyişmiş Hollivud ulduzu Elizabet Teylorun kolleksiyasına məxsus olan bir tablo satılıb.

Dünya mediası holland rəssamı Frans Halsın “Centlmenin portreti” əsərinin qiymətindən ikiqat baha satıldığını bildirir.

Tablo ekspertlər tərəfindən 700 minlə 1 milyon dollar arasında qiymətləndirilibmiş.
Ancaq naməlum alıcı onu 2, 09 milyona alıb.

Rəsm əsərinin 1630-cu ildə çəkildiyi bildirilir. Bu tablonu da Elizabet Teylora atası bağışlayıbmış.

Hollivud ulduzunun atası Frensis Teylor art-diler imiş.

Əvvəlcə “Centlmenin portreti” əsərinin rəssamın şagirdləri tərəfindən çəkildiyi güman edilirmiş, 2011-ci ildə isə onun Halsın fırçasından çıxdığı qənaətinə gəlinib.

Həmin gün hərracda Rubensin, Tomas de Keyzerin və Covanni Tyepolonun da tabloları satılıb.

Nyu-York hərracında cəmi 34 milyon dollarlıq rəsm əsəri satıldığı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG