Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16
Heather Maher

Kimlərə evlənmək hüququ verilməlidir? Bunu kim müəyyən etməlidir? Federal hökumət, yerli hökumətlər, yoxsa ictimaiyyət? İllərdir amerikalıları düşündürən və ictimai müzakirələrə sövq edən bir sual var - eyni cinsdən olan şəxslərə bir-biri ilə evlənmək hüququ verilməlidirmi?

Bunun tərəfdarları və əleyhdarlarının hərəsinin öz arqumentləri var. Uzun müddət davam edən mübahisələrə baxmayaraq, tərəflərdən heç biri üstünlük qazana bilməyib.

Ötən il New York ştatında eyni cinsdən olan şəxslərin ailə qurmasına icazə verilib. Eyni cinsli ailə tərəfdarları bunu dönüş nöqtəsi hesab edirlər. Hazırda ABŞ-ın 6 ştatında və Vaşinqtonda homoseksual evliliyə icazə verir. Bu il belə ştatların sayı ikiqat arta bilər. Altı ştatda bu məsələ müzakirə olunur, Kaliforniyada da müvafiq qanuna ştatın Ali Məhkəməsində baxılır.

Bu yaxınlara qədər amerikalıların əksəriyyəti eyni cinsdən olan iki şəxsin ailə qurmasını çox qəribə, hətta anormal sayırdılar. Ancaq məşhur homoseksual cütlüklərin ictimaiyyət arasında görünmələrinin sayının artması, belə cütlüklərin iştirak etdiyi televiziya şoularının və filmlərin çoxalması, siyasətdə, biznesdə, incəsənət dünyasında tanınmış homoseksualların görünməsinin adiləşməsi insanların düşüncə tərzində dəyişikliyə gətirib çıxarıb.

«HOMOSEKSUALLARIN DA AİLƏ QURMASININ QADAĞAN EDİLMƏSİ VƏTƏNDAŞ HÜQUQLARININ POZULMASIDIR»

Bu həftə təqaüdə çıxmış məşhur konqresmen Barney Frank kişi partnyoru ilə evlənmək planını açıqlayıb. O, homoseksual olduğunu ictimaiyyətə açıqlayan ilk amerikalı konqresmendir.

Heç də təəccüblü deyil ki, homoseksuallara nikah hüququ verilməsini ən çox dəstəkləyən gənc amerikalılardır. 2010-cu ildə aparılan araşdırmanın nəticələrinə görə, gənclərin yarıdan çoxu bunu dəstəkləyir. Yaşı 30-45 arasında olanların təqribən yarısı, yaşı 45-60 olanların isə 40 faizə yaxını homoseksuallara evlənmək hüququ verilməsinin tərəfdarıdır.

Təqaüdçülər arasında isə bunun tərəfdarları 30 faizə yaxındır. Bu rəqəmlərdən görünür ki, amerikalılar homoseksuallara evlənmək hüququ verilməsinin tərəfdarlarının arqumentlərini qəbul etməyə başlayıblar. Onların əsas arqumenti isə budur ki, fərqli cinslərin ailə qurmasının qadağan edilməsi kimi, homoseksualların da ailə qurmasının qadağan edilməsi vətəndaş hüquqlarının pozulmasıdır.

Bu hərəkatın güclü əleyhdarları da var. Amerikalıların çoxu düşünür ki, evlilik Allahın yalnız kişi və qadın arasında buyurduğu müqəddəs bir bağlılıqdır. Respublikaçılardan prezidentliyə namizədliyə 4 iddiaçıdan 3-ü bu fikri bölüşür. Homoseksual icması ABŞ prezidenti Barack Obamanı müttəfiqi saysa da, hətta Obama deyir ki, nikahla bağlı fikirləri hələ təkmilləşir.

Bu yaxınlarda homoseksualların ailə qurmasına icazə verilib-verilməməsini referendum yolu ilə müəyyən edəcək ştatlardan biri də New Jerseydir. Ştatın qubernatoru Chris Christie deyib ki, əgər vaxtilə Afrika amerikalılarına da bərabər hüquqlar verilib-verilməməsi ilə bağlı referendum keçirmək mümkün olsaydı, onda Vətəndaş Hüquqları Uğrunda Hərəkat o vaxt zorakılığa çevrilməzdi.

Onun bu fikri kəskin tənqidə məruz qalıb. Ştatın qanunverici orqanının ilk afroamerikan sədri olan Sheila Oliver deyib ki, heç cür ağla gətirmək mümkün deyil ki, o vaxt Cənubda vətəndaş hüquqları ilə bağlı hər hansı referendum uğurlu olar və milli azlıqlara ədalət gətirərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG