Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Yavlinskinin namizədliyi qeydə alınmayıb


Rusiya hakimiyyəti müxalifət Lideri Qiriqori Yavlinskinin prezidentliyə namizədliyini qeydiyata almayıb.

Yavlinski Yabloko partiyasının liderlərindən biri və prezidentlik uğrunda mübarizə aparacaq baş nazir Vladimir Putinin əsas tənqidçilərindən biridir.

Mərkəzi Seçki Komissiyası Yavlinskinin topladığı imzaların təxminən ¼-nin saxta olduğunu deyir.

Yavlinski hələ həftənin əvvəllrində belə bir qərarın gözlənilən olduğunu demişdi.

ndiyədək prezidentliyə 5 nəfərin- baş nazir Vladimir Putin, Kommunist partiyasının lideri
Gennadi Qüqanov, Liberal –Demokrat partiyasının lideri Vladimir Jirinovski, Ədalətli Rusiya partiyasının lideri Sergey Mironov və milyardçı, müstəqil namizəd Mixail Proxrovdur.

Rusiyada prezident seçkisi martın 4-də keçiriləcək.

Proxrovla Züqanov Yavlinskinin hüquqlarının müdafiəsinə qoşulublar.
XS
SM
MD
LG