Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:32

Suriyanın hama şəhərində hərbi reydlər keçirilir


Suriya ordusu cümə günü Hama şəhərində nümayişçilərə qarşı reydlər keçirir.

Yerli hüquq müdafiəçiləri şəhərdə partlayış və atəşma səsləri eşidildiyini xəbər verirlər.

Həmçinin yerli fəallar cümə axşamı Homs şəhərində azı 35 adamın öldürüldüyünü xəbər verirlər.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Cümə günü BMT-nin təhlükəsizlik şurasında prezident Bashar Assad rejiminə qarşı mümkün addımlar müzakirə olunacaq.

Təhlükəsizlik şurasına qərb və ərəb ölkələri tərəfrindən hazırlanmış yeni qətnamə layihəsi təqdim ediləcəyi gözlənilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbiləkütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG