Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57

Holland yazarın populyar uşaq kitabı Bakıda çap edildi


Dünya uşaq ədəbiyyatının nəhəng simalarından biri, holland yazarı Anni Şmidtin kitabı Azərbaycan dilində nəşr edildi.

“Qanun” nəşriyyatının çap etdiyi “Pişik qız Minus” əsərini hollandcadan Elnaz (Lena) Sәngin tərcümə edib.

Juffrau Minus keçmişdә pişik olub. O xoruldayır, cırmaqlayır, xumarlanır vә hәlә dә quşcuğaz görәndә pişiksayağı xoşhallanır.

Artıq adi bir qız olsa da, hәlә dә arabir miyouv-miyouv – mahnı oxuyur vә “pişik dilindә” dil-dil ötür.

Bu istedadı onun sahibi, qәzetçi Tibbenin olduqca karına gәlir. Pişik Mәtbuat Xidmәti sayәsindә, o, bir çox gizli vә mәxfi mәsәlәlәr haqqında mәlumatlar alır.

Düzdür, bu işlәr ona müәyyәn çәtinliklәr yaradır, amma Minusun vә onun çoxlu pişik dostlarının kömәyilә hәr şey әla qurtarır.
XS
SM
MD
LG