Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Novosibirsk müsəlmanları məscidə yerləşmir

Artıq 3 ildir ki, Novosibirskdə yeni məscidin tikintisi davam edir. Müsəlmanların çox yaşadığı bu şəhərdə 2500 nəfərlik Allah evi inşa edilir. Hələlik məbədin üç hissəsi hazırdır.

Mövcud məscid isə bura ibadətə gələnləri yerləşdirə bilmir. Xüsusilə də cümə namazı zamanı yaman basırıqlıq yaranır. Buna görə də həftənin beşinci günləri məscidə gələn dindarların əksəriyyəti küçədə namaz qılır. Hazırda Novosibirskdə 30 dərəcə şaxta olduğunu nəzərə alsaq, rusiyalı müsəlmanların hansı əziyyət çəkdiklərin təsəvvür etmək olar.

Bayram günləri məscidə 4 minə yaxın insan topaşır. Halbuki məscid binası ən çox 400 nəfərə hesablanıb. Novosibirsk məscidinin imamı Nakip Şakirpyanov ümid edir ki, tezliklə bu narahatlıq aradan qalxacaq:

“Çox çalışırıq ki, bina tezliklə təhvil verilsin. Məscidin birinci mərtəbəsi qadınlar üçün nəzərdə tutulub. Digər hisslər kişilərin ixtiyarına veriləcək. Həm yerli əhalinin, həm də xeyriyyəçilərin köməyilə məscidin inşasını başa çatdıracağıq. Artıq ianələr hesabına plastik pəncərələr alınıb, su kəməri çəkilib”.

Novosibirsk məscidinin nəzdində mədrəsə açmağı da planlaşdırırlar. Hazırda burada yalnız İslam əsasları, ərəb və tatar dilləri tədris olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG