Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Qvatemalanın keçmiş lideri mühakimə olunacaq


Qvatemalanın keçmiş hərbi lideri Efrain Rios Mott məhkəmə qarşısında dayanacaq. O soyqırımda ittiham olunur.

Efrain Rios Mott 1982-1983-cü illərdə hakimiyyətdə olub. İstintaq bildirir ki, həmin dövrdə onun göstərişi ilə qiyamçılarla mübarizə adı altında 800 hindli öldürülüb. 29 min adam isə evlərindən didərgin salınıb.

12 ilə ərzində Rios parlamentdə təmsil olunduğu üçün toxunulmazlıq hüququ olub. Bu il yanvarın 14-dən o parlamentdə təmsil olunmur.

Hazırda 85 yaşlı general ev dustağıdır.
XS
SM
MD
LG