Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Xəbərdarlıq: Çovğun olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilir ki, yanvarın 27-si axşam və 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti daha da kəskinləşəcək. Şimal-qərb küləyi güclənəcək. Çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzə qədər şaxtalı hava şəraiti davam edəcək. Gecə 5-7, gündüz 0-2 dərəcə şaxta olacaq.

Xəbərdarlıqda o da bildirilir ki, ölkədəki qeyri-sabit hava şəraiti yanvarın sonuna qədər davam edəcək. Havalar şaxtalı keçəcək, qar yağacaq.

Azərbaycanın rayonlarında yanvarın 28-i və 29-na keçən gecə yağıntıların bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG