Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:38

ATƏT sədrinin nümayəndəsi Azərbaycana gəlib


ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Predreyk Mörfi Azərbaycana gəlib.

APA-nın məlumatına görə,o hava limanında jurnalistlərə açıqlamasında bildirib ki,
ATƏT-ə sədrlik yanvardan İrlandiyaya keçdiyindən o Cənubi Qafqaz üzrə xüsusi
nümayəndə kimi region ölkələrinə səfər etməlidir.

O qeyd edib ki, danışıqlar zamanı ATƏT sədrinin regiona səfərinə hazırlıq və digər məsələlər müzakirə olunacaq.

ATƏT sədri Eymon Qilmorun yaxın aylarda Cənubi Qafqaza səfəri gözlənilir.

Fransa Senatında “erməni soyqırımı” məsələsilə bağlı qəbul edilən qərardan sonra
Fransanın Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılması barədə Azərbaycanda səslənən fikirlərə gəldikdə isə o Azərbaycan tərəfilə bu məsələnin də müzakirəsinin mümkünlüyünü istisna etməyib.

Predreyk Mörfi səfərin yekunları barədə açıqlama verəcəyini deyib.
XS
SM
MD
LG