Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:17

Oskar mükafatı elektron səsvermə ilə keçirilə bilər


Deyəsən, gələn ildən Oskar mükafatı elektron səsvermə ilə müəyyənləşəcək.
Kino Sənətləri Akademiyası gələn il keçiriləcək 85-ci Oskar mükafatının müəyyənləşməsində istifadə edilən electron səsvermə sistemi üçün bir şirkətlə danışıqlar apardığını açıqlayıb.

“Everyone Counts” adlanan şirkət indiyədək səs kompaslarını sayı 6 minə qədər olan üzvlərinə poçtla göndərən Akademiya üçün güvənilən, rahat, asan bir elektron səsvermə sistemi quraşdıracaq.

Xatırladaq ki, Martin Skorsezenin üçhissəli “Huqo” filminin 11 nominasiyada, ağ-qara səssiz “The Artist” filminin isə 10 nominasiyada namizəd olduğu 84-cü “Oskar” mükafatı fevralın 26-da Los Ancelesdəki Kodak Teatrıında paylanacaq.

Mərasimə Billi Cristal aparıcılıq edəcək.

Onu da deyək ki, Eddi Mörfinin mərasimi aparmaqdan imtina etməsindən sonra onun namizədliyi üzərində dayanılıb.

Maraqlıdır ki, Billi Cristal 9 dəfə bu mərasimə aparıcılıq edib.

Ona rekordsmen aparıcı deyirlər. Komediya aktyoru və rejissor olan 63 yaşlı aparıcı çox böyük həyəcan duyduğunu və bu vəzifəni bir daha öhdəsinə götürməsinin səbəbini belə açıqlayıb:

“Hər aptekə gedəndə əczaçı qızın reseptdə adımı soruşmasından canım qurtarar”.
Onu da deyək ki, Billi Cristal danışarkən ağzını şappıldatmaq kimi bir özəlliyə malikdir.
XS
SM
MD
LG