Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49
Cavid Zeynallı


Yanvarın 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimi keçirildi.

İrəli Gənclər Təşkilatının təşəbbüsü, “AİRMED” şirkətinin maliyyə dəstəyi ilə nəşr olunan topluda gənc yazarların əsərləri dərc olunub.

Topluda Qismət, Nicat Qafuroğlu, Leyla Şərifova, Vüsal Nuru və digər gənc yazarların əsərləri yer alıb.

Mərasimdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı Aqil Abbas, Millət vəkili Ceyhun Osmanlı, xalq yazıçısı Çingiz Abdullayev, toplunun redaktoru Seyfəddin Hüseynli, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək “Almanax” haqqında fikirlərini bildiriblər.

Xatırladaq ki, “Gənc yazarların əsərlərinin çap edilməsi” layihəsinin rəhbəri Orxan Muxtarlıdır.

XS
SM
MD
LG