Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:33

BMT İran ətrafında vəziyyəti gərginləşdirməməyə çağırır


BMT-nin baş katibi Ban Ki Moon bütün tərəfləri İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi daha da artırmamağa çağırıb.

O Nyu-Yorkda jurnalistlərə açıqlamasında bu məsələnin sülh yoluyla həllinə alternativ olmadığını bildirib.

O eyni zamanda qeyd edib ki, Tehran indi bu məsələylə bağlı beynəlxalq atom enerjisi agentliyi ilə hərtərəfli əməkdaşlıq etməli və beynəlxalq sanksiyalara cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələməməlidir.

Beynəlxalq Valyuta Fondu bundan əvvəl xəbərdarlıq edib ki, əgər İran bu boğazı bağlasa dünya bazarında neftin qiyməti 20-30 faiz qalxa bilər.

Dünyada dəniz yoluyla daşınan neftin 1/3-dən çoxu bu boğazdan keçir.
XS
SM
MD
LG