Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:21
Azərbaycan Kabel Operatorları Assosiasiyasının təşəbbüsü ilə analoq yayımdan rəqəmsal formata keçidlə bağlı Bakıda mətbuat konfransında bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari ilin yanvarın 1-dən ölkə ərazisində bütün telekanalların yayımının rəqəmsal formata keçidinə başlanılıb.

Bu məqsədlə ölkənin aparıcı iki kabel televiziya operatoru olan «KATV 1» və «Ailə TV» müvafiq konsepsiya hazırlayıb.

Konsepsiyaya uyğun olaraq 2012-ci ilin martın 1-dən 7 kanalın analoq yayımı dayandırılacaq. Bunun əvəzinə isə rəqəmsal yayımda baza paketində kanalların sayı artırılacaq.

Aparılan rəy sorğuları nəticəsində ən az tələbat olan kanalların analoq yayımı dayandırılacaq ki, bunlar «Naşe novoye kino», «Cartoon Network», «Reality», «RBK», «TLC», «Viasat History» və «MTV-Rus» kanallarıdır.

Kanalların analoq yayımda məhdudlaşdırılmasına baxmayaraq, aylıq abunə haqqı dəyişməz olaraq qalacaq.

Tədbirdə həmçinin rəqəmsal formatın üstünlüklərindən danışılıb və bildirilib ki, rəqəmsal yayım kənar təsirlərə daha davamlı, kanalların sayının çox olmasına görə daha əlverişli, görüntü və səs effektlərinə görə daha keyfiyyətlidir.

Azərbaycan artıq 2013-cü ilədək ölkədə analoq yayımı dayandırmaq üzrədir.(APA-ECONOMICS)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG