Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37
BP şirkəti ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı sanksiyalarının “Şahdəniz” layihəsinə toxunmayacağına əmindir.

“Bloomberg”in məlumatına görə, BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Steve Garlic Vyanada keçirilən konfransda çıxışında deyib ki, hazırkı anda sanksiya prosesinin layihəyə toxunmayacağına BP əmindir.

S.Garlicin sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir:

“Bu cür nəhəng layihələr hər zaman risklərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risklərdəndir və biz bunun öhdəsindən gəlməliyik”.

“Şahdəniz” layihəsinin səhmlərinin 10%-i İranın “Naftiran Intertrade Co.” şirkətinə məxsusdur. Bu da layihəni sanksiyaların hədəfi edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG