Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:01

BVF: "Neftin qiyməti 30% arta bilər"


Foto: Arxiv
Foto: Arxiv
Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, İrandan neft ixracının dayandırılması dünya bazarında neftin 20-30 faiz bahalaşmasına səbəb ola bilər.

Bu, Avropa Birliyinin İrana qarşı neft embarqosu tətbiq etməsindən sonra BVF-nun neft barədə ilk şərhidir.

Fond bildirir ki, sanksiyalar İranın neft ixracı işini poza və İranın neft ixracı gündə 1,5 milyon barrel azala bilər.
Hazırda İranın neft ixrcaı gündə 2,6 milyon barreldir.

Reuters yazır ki, Fondun bu xəbərdarlığı ABŞ hökumətinə təzyiqləri artırır.
ABŞ çalışır ki, Qərb İrandan neft ixracını azaltsın və eyni zamanda neftin qiyməti kəskin qalxmasın.
XS
SM
MD
LG