Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:39

Liam Neeson İstanbulda azan səsinə heyran olub

59 yaşlı Hollivud ulduzu Liam Neeson dinini dəyişib İslamı qəbul etmək niyyətindədir. Bu haqda onun özü "The Sun" qəzetinə məlumat verib.

Aktyor İstanbulda çəkilişlərdə olarkən bu fikrə düşüb. Gündə 5 dəfə azan səsini dinləyən və ona heyran olan Neeson həqiqətləri İslamda axtarıb tapacağına inanır:

"İlk həftə ərzində gündə 5 dəfə azan dinləmək adamı özündən çıxarırdı. Amma sonralar bu səs sanki insanın ruhuna daxil olur. Bu, ən gözəl bir hadisədir”.

İstanbulda 4 min məscidin olduğunu vurğulayan aktyor onlardan bəzilərini xüsusilə bəyənib. Məhz məscidləri gəzəndən sonra Liam Neeson müsəlmanlığı qəbul etmək qərarına gəlib.

Şimali İrlandiyada doğulmuş aktyor inanclı katolikdir. Hətta onun adını yerli kilsənin keşişinin şərəfinə Liam qoyublar.

2009-cu ildə Neesonun həyat yoldaşı, 45 yaşlı Natasha Richardson dağ kurortunda istirahət zamanı vəfat edib. Bundan sonra Neesonun inancla bağlı fikirləri bir qədər dəyişib. Həmin vaxtdan etibarən o, din və ateizmlə bağlı xeyli kitab oxuduğunu etiraf edir.

“Mən katolik kimi tərbiyə almışam Amma yəqin ki mənim kimi çox insan hər gün özünə suallar verir: biz kimik, bu planetdə nə işimiz var, ümumiyyətlə bu həyat nədir?”

Liam Neeson əmindir ki, İslam dini ona bu suallara cavab tapmaqda yardımçı olacaq.

Liam Neeson 2010-cu ildə məşhur “Narniya xronikası” filmində Aslan adlı şir obrazını səsləndirəndən sonra xeyli tənqidlərə məruz qalmışdı.

Ekspertlər belə iddia edirdilər ki, bu film İsa Məsihə əsaslanmayıb. əksinə burada Məhəmməd peyğəmbər də daxil olmaqla İslam dini liderlərinin obrazları yer alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG