Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:30

Demokratiyanın «fiaskosu», ölkədə işsizlərin sayı...


Foto: Arxiv
Foto: Arxiv
«Bizim yol» qəzetindəki «Demokratiyanı fiaskoya aparan 11 il» sərlövhəli yazıda sual olunur ki, «Avropa Şurası Azərbaycanda öz prinsiplərindən niyə geri çəkildi?».

«Vətəndaş cəmiyyəti institutları AŞPA-nı təcili tədbirlər görməyə çağırdı. Nə dəyişəcək?» - məqalədə bildirilir.

«Azadlıq» qəzeti yazır ki, hüquq müdafiəçisi «Leyla Yunusun mənzili dinlənilir».

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bunu «Yeni Azərbaycan» qəzetində özü və yoldaşı Arif Yunus barədə dərc edilən yazıya münasibət bildirərkən deyib:

«Məqalə bir daha təsdiqləyir ki, mənzil dinlənilir və buna operativ reaksiya verilir».

Yanvarın 25-də «Yeni Azərbaycan» qəzetində «Leyla Yunus və Arif Yunusun «Eurovision 2012» Mahnı Yarışmasına qarşı çirkin planı ermənipərəst dairələr tərəfindən idarə olunur» sərlövhəli yazı dərc edilib.

Bakıda əmək yarmarkası - 2007
Bakıda əmək yarmarkası - 2007
«Exo» qəzeti Azərbaycanda işsizlərin sayının 10 faizi ötdüyünü bildirir. Qəzet yazır ki, ekspertlər rəsmi statistikada işsizlərin sayının 5.8 faiz olması ilə razılaşmırlar. Qəzet Beynəlxalq Əmək Təşkilatının 2012-ci hesabatına istinad edərək yazır ki, dünyada 1 milyard 100 milyondan çox adam ya işsizdir, ya da kasıblıq həddində yaşayır. Ekspertlərin fikrincə, Azərbaycan hökuməti ölkədəki işsizlik problemini Beynəlxalq Əmək Təşkilatının üsulu ilə hesablamır deyə, belə bir rəqəm alınıb.

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanda insan haqları ilə bağlı vəziyyət «Freedom House» təşkilatı tərəfindən təhrif edilir».YAP icra katibi Əli Əhmədov düşünür ki, «bu təhriflər təsadüfü deyil, çünki illərlə təkrar edilən hesabat təsadüf ola bilməz».

«NZS sakinləri yenə küçələrə axışdı». «Yeni Müsavat» qəzeti yazır ki, 168 ailə evlərinin Dövlət Neft Şirkəti tərəfindən uçurulacağından ehtiyat edərək yenidən küçələrə çıxıblar: «Evi uçurulmaq növbəsində olanlar məhkəmə qərarının ləğvini tələb edir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG