Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:55

Kasıb ana bətnindəki altı əkizi salmaqçün hasardan da tullanıb...


Körpələr sağlamdır
Körpələr sağlamdır
Əfqanıstanda altışər əkizlər dünyaya gətirən kasıb ana nəhayət yanvarın 25-də bir az rahat nəfəs alıb... Ilk dəfə ana olmuş 23 yaşlı Sara Gül həyat yoldaşı ilə birlikdə Məzari-Şərif şəhərində yaşayır.

Yanvarın 24-də onun üç oğlu, üç də qızı olub

Doğum evindən Azadlıq Radiosunun əfqan xidmətinə verdiyi müsahibədə Sara Gül deyib ki, əri Şükrulla ilə birlikdə onsuz da gündəlik çörək pullarını zorla qazanırlarmış.

Və birdən məlum olub ki, onun bir yox, altı uşağı olacaq.

Sara Gül bilməyib ki, neyləsin, 6 uşağı saxlamaq onların imkanı xaricində idi.

Heç körpələrə tibbi yardım lazım olsaydı, buna da imkanları çatmayacaqdı.

Hamilə qadın əri ilə birlikdə yaşadıqları kənddən Məzari Şərifə üz tutublar ki, bəlkə Şükrulla orda yaxşı iş tapa. Amma bu, mümkün olmayıb.

Gənc ana deyir ki, o hətta uşaqları salmağa da cəhd edib

“Bunun üçün müxtəlif yollara əl atdım, dava-dərman qəbul etdim, hasardan
Sara Gül
Sara Gül
tullandım, amma xeyri olmadı”.

Yanvarın 25-də yatdığı xəstəxananın rəhbərliyi gənc ailəyə 6 min əfqani – təxminən 120 dollar yardım edib.

Bəlx vilayətinin qubernatorunun ofisi isə onlara daha 1000 dollar yardım etməyi söz verib.

Məmurların verdikləri sözə əməl edib-etməyəcəyi hələ bəlli deyil, amma hələ ki işlər pis getmir.

Doğum evinin əməkdaşı Azadlıq Radiosunun əfqan xidmətinin müxbirinə deyib ki, altışər əkizlər vaxtından əvvəl dünyaya gəldikləri üçün körpələr üçün inkubatorda saxlanırlar. Sağlamdırlar...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG