Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:48

Avropada 1 günlük etiraz aksiyaları gözlənilir


Avropa həmkarlar ittifaqları büdcə xərclərinin ixtisarı və kəskin iqtisadi tədbirlərə etiraz olaraq Avropada ümumi aksiyalara çağırıblar.

Fevralın 29-da, Avropa Birliyinin sammiti ərəfəsində 1 günlük aksiya gözlənilir.

Avropa Həmkarlar İttifaqı Konfederasiyasından verilən məlumada görə etirazlar “Bəsdir deməli bəsdir” devizi altında keçiriləcək.

Konfederasiya böhranla mübarizədə büdcə xərclərinin ixtisarının yeganə çıxış yolu olmadığını deyir.

Həmkarlar ittifaqları hesab edirlər ki, Avropa liderlərinin başlıca vəzifəsi yeni iş yerlərinin yaradılması olmalıdır.

Martın 1-2-də Brüsseldə Avropa Birliyinin növbəti sammiti keçiriləcək.

Sammitdə əsasən avrozonada büdcə qaydalarının kəskinləşdirilməsilə bağlı maliyyə razılaşması müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG