Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

Gələcəyin «rəssamları»nın oxuduğu akademiya bu gündədirsə...


Cavid Ramazanov
Cavid Ramazanov
Cavid Ramazanov


Avropa, yoxsa Azərbaycan gəncliyi?

Bugünlərdə Avropa mətbuatı 16 yaşlı hollandiyalı qızcığaz Laura Dekkerdən yazırdı. Bu gözəl, zərif qız tarixdə yeni bir rekorda imza atdı, o, gəmisiylə təkbaşına çıxdığı 518 günlük dünya səyahətini uğurla tamamladı.
Amma Dekker səyahətə çıxmazdan əvvəl böyük problemlər yaşamışdı. Səyahətə çıxmaq təşəbbüsünün təhlükəli olmasına görə, Hollandiyanın gənclik və uşaq təhlükəsizliyi qurumları onu bir müddət nəzarət altında saxlamışdı. Ancaq Laura məhkəməyə müraciət etmiş, məhkəmə də ona səyahətə çıxmaq icazəsi vermişdi. Sonra Lauranın təhsil müfəttişləri ilə problemləri yarandı, onlar belə təhlükəli macəraçılıq əvəzinə, qızcığaza dərslərini oxumağı məsləhət görürdülər. Amma artıq bu zaman 16 yaşlı qızcığaz açıq dənizlərdə gəmisiylə üzürdü. Laura belə demişdi: “Arzumu gerçəkləşdirmək üçün, Hollandiya vətəndaşlığından belə imtina edərəm”.
O, sözlərinin yarısını tutdu da. Özü səyahətdə olduğu müddətdə təhsil müfəttişləri atasına problemlər yaratdığına görə, Laura Hollandiya bayrağını gəmisindən çıxarıb, əvəzinə Yeni Zellandiyanın bayrağını sancdı və bundan sonra Yeni Zellandiyaya köçərək, orada yaşayacağını dedi. Lauranın ata-anası isə ona görə narahatıydı, amma qızlarının arzusunun reallaşması üçün güzəştə getdilər və sonda sevinc gözyaşları içərisində onu Qəraibdəki Sint Maarten adasında qarşıladılar. Mətbuatda Laura haqqında xəbərlər bu cümləylə yekunlaşırdı…
Lauranın dünya səyahəti əslində bir insanın, 16 yaşlı qızcığazın azadlığının təntənəsidir. Laura arzusunu gerçəkləşdirdi. Azadlıq elə arzularını gerçəkləşdirməkdir. Vətən elə arzularını gerçəkləşdirdiyin yerdir. Arzularını – keyfiyyətli təhsil almaq arzunu, yaxşı karyera qurmaq arzunu, sözünü ifadə edə bilmək arzunu, etiraz etmək arzunu, səyahət edə bilmək arzunu reallaşdıra bilmədiyin vətəni sevə bilməzsən. “Vətəni dağına, daşına, bulaqlarına, sərt qayalarına, göy çəmənlərinə görə sevirəm”, – deyən adam ya ruhi xəstədir, ya gopa basır, ya da özünü aldadır.
Vətənini sevə bilmək üçün özünün və başqalarının arzularını reallaşdırmaq uğrunda, vətəninin azadlığı uğrunda çalışmalısan. Geri qalanı nağıldır, əfsanədir…
AZADLIQ OLMAYANDA
Bakıda, “Torqovı”da möhkəm gəyirməkləriylə fəxr edən, diqqət cəlb etmək üçün qışqıra-qışqıra bir-birləriylə qaçdı-tutdu oynayan zırpı-zırpı qaqaşlar var. Onlar azad olmadıqlarına görə belə gülünc vəziyyətə düşüblər. Ata-ana, milli mentalitet, yarıtmaz təhsil siyasəti onların azadlığını əlindən alıb və bu gənclər enerjilərini gəyirməklə, bir-biri ilə qaçdı-tutdu oynamaqla çıxarmaq məcburiyyətində qalıblar.
Ciddi rejimli evlərdə nəzarət altında saxlanılan, gələcəyin “bozbaş bişirmək üzrə mütəxəsisləri” olacaq qızlar isə daha bədbəxtdirlər…
Ən azad adamlar adətən incəsənət adamları olur. Çünki azad olmayan, qadağalarla yaşayan adam nəsə yarada, nəsə ortaya qoya bilməz, yaradıcılıq anlayışı bu tip insanlara yaddır.
Bəzən Rəssamlıq Akademeyasının tələbələrinin sərgilərinə gedirəm. Orada nə qədər desəniz zövqsüz, dar düşüncənin məhsulu olan rəsmlərlə qarşılaşa bilərsiniz. “Namaz qılan ağac”, “Dədə Qorqud”, “Muğam kvarteti”, “Qaval” kimi arxaik anlayışlar bu akademiyanın tələbələrinin sevimli mövzularıdır. Ümumiyyətlə, siz Rəssamlıq Akademiyasında nə qədər desəniz hacı, məşədi, kərbəlayi, molla ilə qarşılaşa bilərsiniz. Bu “təhsil ocağı”nın əksər müəllimləri və tələbələri dərslər zamanı “Cənnət, cəhənnəm”, “Lənətə gəlmiş yəhudilər”, “Kafirlik”, “Milli mentalitet”, “Başı aşağı qız” kimi mövzularda danışmağı çox sevirlər.
Rəssamlıq Akademiyasında oxuyan tanışım bir dəfə mənə demişdi ki, iquana heyvanının heykəlini düzəltdiyinə görə, müəllimi ona irad tutaraq deyib ki, belə heyvanların heykəllərini düzəltməsin, “milli heyvanlar”ın – dovşanın, ceyranın, cüyürün heykəllərini düzəltsin.
Gələcəyin “rəssamları”nın, “heykəltaraşları”nın, “incəsənət adamları”nın təhsil aldığı akademiya bugündədirsə, digər universitetlərdən ümumiyyətlə danışmağa dəyməz…
Azadlıq olmayan yer təhlükəli yerdir. Azərbaycanın əksər televiziya kanallarında, qəzetlərində, xəbər portallarındakı əsas xəbərlər kriminal xəbərlərdir. İnsanlar bir-birini boğmaqla, əzişdirməklə, bıçaqlamaqla, qanını qəltan etməklə məşğuldurlar. Çünki azad deyillər. Azadlıq sözünü eşidəndə gözlərinin qarşısına yalnız mini yubka, seks, homoseksuallıq kimi anlayışlar gələn dar dünyagörüşlü adamlar, “Tarqovıda” möhkəm gəyirməkləriylə fəxr edən gənclər sabah evlərimizə girib qulağımıza gəyirəcəklər. İntellektsiz, savadsız gənc hacılar, məşədilər, kərbəlayilər sabah evimizə girib, təriqət üstündə qanımızı qəltan edəcəklər. Çünki azadlıq olmayan yer təhlükəli yerdir. Çünki azadlıq olmayan yerdə hər şey mümkündür…

ann.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG