Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:10

Məhkəmədə bıçaqlanma olub


Abşeron Rayon Məhkəməsində bıçaqlaşma olub.

Bu barədə APA agentliyi rayon polis şöbəsinə istinadla xəbər verir.

Hadisə bu gün saat 16.30 radələrində baş verib.

Məhkəmə prosesində tərəflər arasında dava düşüb və nəticədə 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanaraq xəstəxanaya düşüb.

Onun 4 bıçaq zərbəsi aldığı və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Polisin məlumatına görə, Tahir Mirzəliyevin qardaşını bir il əvvəl Elgün Babayev adlı sürücü maşınla vuraraq öldürsə də hələ də həbs olunmayıb.

Buna görə də qarşı tərəf məhkəməyə üz tutub.

Tahir Mirzəliyevi , Elgün Babayevin yaxınları bıçaqlayıb.
Faktla bağlı araşdırma gedir.
XS
SM
MD
LG