Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:36

Məhərrəmlik bitir


İraqda Aşura mərasimi
İraqda Aşura mərasimi

Müsəlman aləmində yas mərasimləri yekunlaşdı

Sabah məhərrəmliyin sonuncu günüdür. İmam Hüseyn və yaxınlarının qətlə yetirilməsilə əlaqədar İslam aləmində keçirilən təziyyə mərasimləri başa çatır. Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Başa çatmaq üzrə olan məhərrəmlik 2011-ci il noyabrın 27-də başlamışdı. Qeyd edək ki, Hicri təqvimlə səfər ayının 20-də Aşura günü Kərbəlada şəhid olan 3-cü imam - İmam Hüseyn və digər Kərbəla şəhidlərinin 40 mərasimi qeyd olunur. “Ərbəin” (ərəbcə 40) adlanan bu mərasimlər Kərbəla şəhidlərinə saxlanan əza mərasimlərinin son günü hesab olunur. Bu il həmin mərasimlər yanvarın 14-nə təsadüf edib.

Hicrətin 61-ci ilində Kərbəla olaylarından sonra qeyd olunmağa başlayan Məhərrəmlik mərasimləri bu gün də dünyanın müxtəlif bölgələrində qeyd olunur. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ildə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarına əza saxlayır.

Ümumilikdə Məhərrəm və Səfər aylarında davam edən (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətl baş verib) Məhərrəmlik mərasimləri Səfər ayının başa çatması ilə yekunlaşır. Səfər ayının sonuncu 10 günü də “məhərrəmlik” təqviminə aid edilir, müsəlmanlar həmin ayda toy-şənlik keçirmirlər.
XS
SM
MD
LG