Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:48

«Qarabağ» blokundan təklif


«Qarabağ» bloku müxalifətin 2013-cü il prezident seçkisində vahid namizədlə çıxış etməsini istəyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən Ümid partiyasının sədri İqbal Ağazadə deyib ki, «Qarabağ» blokuna daxil olan partiyalar yanvarın 25-də müxalifətə təkliflər paketini müzakirə ediblər: «Biz sabah bu paketi prezidentliyə iddiasını ortaya qoymuş müxalif siyasi partiya liderlərinə, konkret olaraq İsa Qəmbər, Əli Kərimli və Lalə-Şövkətə göndərəcəyik».
İqbal Ağazadə deyir, ölkə siyasətində dəyişikliyə nail olmaq üçün müxalifətin vahid namizəd, vahid komanda ilə çıxış etməsinə ehtiyac var.
İqbal Ağazadə deyir ki, təkliflər paketində vahid namizədin müəyyən olunması üçün bir neçə mexanizm də göstərilib: «Ancaq bunu hələlik açıqlamaq istəməzdim. Prezidentliyə namizədliyə iddialılar bu paketi müzakirə edəndən sonra təkliflər ictimaiyyətə açıqlana bilər».
XS
SM
MD
LG