Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

Rusiya Suriyaya qarşı sanksiyaların əleyhinədir


Rusiya Suriya böhranının həlliylə bağlı əməli təklif verməyə hazırdır, amma hələ də prezident Bashar Assad rejiminə qarşı sanksiya və ya güc tətbiq edilməsini nəzərdə tutan istənilən qərara qarşıdır.

Bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Bashar Assadın istefası da dasxil olmaqla Susiya hakimiyyətilə müxalifət arasında danışıqlarda heç bir şərt irəli sürülməməlidir.

Bir qrup Ərəb və Avropa ölkəsi gələn həftə BMT-nin təhlükəsizlik şurasında Suriyayla bağlı yeni qətnamə layihəsi təqdim etmək fikrindədirlər.

Sənəddə Ərəb Dövlətləri Liqsının sülh planına dəstək bildirilir.

Bu plan prezident Bashar Assadı istefa verməyə çağırır.

Qərb ölkələri çərşənbə axşamı BMT-nin təhlükəsizlik şurasında Rusiyanın Suriyaya silah satışını davam etməsini tənqid ediblər.
XS
SM
MD
LG