Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33
“Azərbaycanda iqtisadi artım zəifləyir. Buna səbəb neft və qaz istehsalının azalmasıdır. Bu, bir il də davam edəcək.”-

Bunu Avropa Yenidənqurma və İnkiaşaf Bankı (EBRD) yanvarın 25-də yaydığı Regional İnkişaf Perspektivləri hesabatında yazır.

Bankın fikrincə, Azərbaycanda iqtisadi inkişafa risk neftdən böyük asılılıqla bağlıdır. Böhran vaxtı isə neftin qiyməti düşür. Buna görə, Azərbaycan iqtisadiyyatında diversifikasiya, yəni müxtəlif sahələrə investisiya və inkişaf vacib olaraq qalır.

Bank yazır ki, qeyri-neft sektoruna investisiyalar azdır.
Qeyri-neft sektorunun artımı dövlətin fiskal, yəni büdcə fəaliyyətinin nəticəsində əldə olunur.

EBRD Azərbaycan iqtisadiyyatında bu il keçən illə müqayisədə 3,5 faiz artım gözləyir.

EBRD-nin oktyabr hesabatında deyilirdi ki, avrozonanın problemləri bu zona ilə sıx maliyyə və ticarət bağları olan Mərkəzi və Şərqi Avropa ölkələrinə ziyan vuracaq, bu ölkələrin iqtisadiyyatları zəifləyəcək.

İndiki hesabatda isə bu ziyanın miqyasının daha böyük olacağı bildirilir.
Bank region üzrə iqtisadi artım proqnozunu oktybardakı 1,7 faizdən 1,4 faizə endirib.

Avrozonada nə olacaq? – bu suala EBRD-nin baş iqtisadçısı Erik Berglofun cavabı belədir: “Bizim fikrimizcə, avrozonanı cilovda saxlamaqda böyük siyasi iradə var”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG