Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

ABŞ prezidenti “Ölkənin vəziyyəti” adlı illik çıxışını edib


ABŞ prezidenti Barack Obamanın Konqresin hər iki palatasının birgə iclasında “Ölkənin vəziyyəti” adlı illik çıxışını canlı yayımda milyonlarla insan izləyib.

Barac Obama deyib ki, indiki dövr üçün ən vacib məsələ amerikalılara xas bir fikrin hələ də hamı üçün keçərli olub-olmadığını müəyyən etməkdir: “Biz ya az bir insanın həqiqətən yaxşı yaşadığı, amma getdikcə daha çox insanın yaxşı həyat tərzindən məhrum olduğu ölkə ilə razılaşmalıyıq, ya da iqtisadiyyatımızı bərpa edib elə bir səviyyəyə gətirməliyik ki, hamı üçün ədalətli iqtisadi şərait və hər kəs üçün eyni qaydalar olsun”.

Obama deyib ki, Amerika dünyanın qüdrətli ölkəsi rolunu yenidən özünə qaytarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG