Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

Hava kəskin soyuyacaq


Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb.

Yanvarın 25-i axşamdan 29-u gündüzədək Bakı və Abşeron yarımadasında hava şəraitinin güclü küləkli və soyuq keçəcəyi gözlənilir.

Bu müddətdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Yanvarın 27 və 28-də bəzi ərazilərdə qarın intensivləşəcəyi ehtimalı var.

Yanvarın 26 və 27-də havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Yanvarın 28-də havanın temperaturu bir qədər də aşağı enəcək.

Şimal-qərb küləyi saniyədə 10-15 metr sürəti ilə əsəcək, arabir küləyin sürəti 20-25 metrədək güclənəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti Azərbaycanın əksər ərazilərində də hökm sürəcək. /Ekologiya və Təbii Sərvətlər Nazirliyi/
XS
SM
MD
LG