Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:47

Daxili İşlər Nazirliyi illik hesabat verib


Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 24-də Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunları barədə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, 2011-ci ildə qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib:

«Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət isti izlərlə açılıb».
XS
SM
MD
LG