Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

Amerika Kino Akademiyası 84-cü Oskara namizdələri açıqladı


Yanvarın 24-də Amerika Kino Akademiyası 84-cü Oskar mükafatlarına namizədləri açıqlayıb.

Ən yaxşı kinofilm nominasiyasında War Horse (Döyüş atı), The Artist, Moneyball, The Descendants ( Sələflər), Tree of Life (Həyat ağacı), Midnight in Paris (Parisdə gecəyarısı), The Help (Yardım), Hugo, Extremely Loud and Incredibly Close (Həddən artıq səs-küylü və yaxın) filmləri yarışacaq.

Ən yaxşı aktyor nominasiyasında Demian Bichir, George Clooney, Jean Dujardin, Gary Oldman, Brad Pitt, ən yaxşı nominasiyası üçün isə Glenn Close, Viola Davis, Rooney Mara, Meryl Streep, Michelle Williams namizdliyi irəli sürülüb.

Ən yaxşı rejissor adı uğrunda Michel Hazanavicius, Alexander Payne, Martin Scorsese, Woody Allen, Terrence Malick yarışacaqlar.

İlin ən yaxşı cizgi filmi nomisasiyasında isə A Cat in Paris (Parisdə pişik), Chico & Rita, Kung Fu Panda 2, Puss in Boots (Çəkməli pişik) və Rango filmləri var.

Mükafatlandırma mərasimi Fevralın 26-da keçiriləcək.
XS
SM
MD
LG